YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Könüllülük müasir dövrün çağırışıdır” mövzusunda tədbir keçirilib

YAP Pirallahı rayon təşkilatı və Pirallahı Rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində “Könüllülük müasir dövrün çağırışıdır” başlıqlı tədbir keçirilmişdir.

 Tədbirin açılışında Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, ölkəmizdə və rayonumuzda könüllülük fəaliyyəti ilə bağlı hazırlanmış video-çarx nümayiş olunmuşdur.  

Tədbiri giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatının məsul əməkdaşı  Vüqar Nəsirov hesabat xarakterli çıxış edərək YAP könüllülərinin bu günə qədərki fəaliyyəti ilə bağlı geniş məlumatı diqqətə çatdırdı. Xüsusilə, karantin rejimi dövründə və 44 günlük şanlı Vətən müharibəsi dövründə YAP könüllülərinin daim yüksək fəallıqla çalışdığını vurğulayan natiq könüllülər və ümumilikdə gənclərin həmin dövrdə mühüm rol oynadığını qeyd etdi.

Tədbirdə çıxış edən 2015–ci il Birinci Avropa Oyunlarının və 2017-ci il Dördüncü İslam Həmrəylik Oyunlarının könüllüsü, Pirallahı rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Şəbnəm Eldarova və 2015–ci il Birinci Avropa Oyunlarının könüllüsü, Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin sədri Təranə İskəndərova könüllülüyün əsas prinsipləri, məqsədləri, hüquq və vəzifələri barədə geniş məlumat verdi.

Geniş fikir mübadiləsi şəraitində keçən tədbirdə, gənclər rayonda könüllülük hərəkatının daha da genişlənməsi perspektivləri barədə öz təkliflərini verdilər.