YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nərimanov rayon təşkilatının “Ziya Bünyadov prospekti 111” ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının “Ziya Bünyadov prospekti 111” ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib.

Ərazi ilk partiya təşkilatının üzvü Vasif Şərifi tədbiri açaraq gündəlikdə duran məsələlər barədə məlumat verib.

Daha sonra “Baku Steel Company” aparatın rəhbəri Şeyla Hacıyeva  hesabat məruzəsi ilə çııxş edərək ərazi partiya təşkilatının fəaliyyəti və görülən işlərdən bəhs edib.

Hesabat məruzəsi ətrafında çıxış edən ərazi partiya təşkilatının üzvləri təşkilatın fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

Yığıncaqda təşkilati məəslələrə də baxılıb, Şeyla Hacıyeva yenidən ərazi partiya təşkilatının sədri, Namiq Əmirbəyov isə sədr müavini seçiliblər.

Yığıncaqda çıxış edən YAP Nərimanov rayon təşkilatının məsləhətçisi Vüsal Əliyev hesabat məruzəsini və ərazi partiya təşkilatının fəaliyyətini qənaətbəxş qiymətləndirib. V.Əliyev təşkilat üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.