YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Mustafa Kabakçı: Dünya ictimaiyyəti Dağlıq Qarabağda keçiriləcək qondarma "parlament seçkisi"nə qarşı çıxmalıdır

Bu il mayın 3-də işğal altında olan Dağlıq Qarabağda keçirilməsi nəzərdə tutulan "parlament seçkiləri" beynəlxalq hüquqa zidd olmaqla yanaşı mövcud vəziyyəti birtərəfli olaraq "qanuniləşdirmə" səylərinin bir hissəsidir. Bunu Trend-ə Türkiyənin hakim partiyasından olan millət vəkili Mustafa Kabakçı Dağlıq Qarabağın separatçı rejiminin keçirəcəyi “parlament seçkiləri”ni şərh edərkən deyib.

M.Kabakçının sözlərinə görə, bu addım, eyni zamanda BMT Təhlükəsizlik Şurası qərarlarının və ATƏT-in prinsiplərinin açıq pozulması kimi qiymətləndirilməlidir.

O bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlar zamanı qondarma "seçkilər" qətiyyətlə pislənilməli, bunun regionda sülh və sabitliyə zərbə vurduğu bəyan edilməlidir: "Dağlıq Qarabağda keçirləcək qondarma "parlament seçkilər"i birmənalı olaraq sülh prosesinə əngəl törədir. İşğal altında saxlanılan ərazilərdə hüquqdan qeyri-qanuni istifadə edilməsi yolverilməzdir. Ermənistan tez bir zamanda işğal olunmuş əraziləri azad etməli, bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünlər öz evlərinə qayıtmalıdırlar".

M.Kabakçı deyib ki, dünya ictimaiyyəti Dağlıq Qarabağda keçiriləcək qondarma "parlament seçkisi"nə qarşı çıxmalı, nəticələri tanımamalıdır: " Ümid edirəm ki, Dağlıq Qarabağda keçirilən əvvəlki "seçkilər"in nəticələri necə tanınmayıbsa, bu dəfə də belə olacaq. Türkiyə Dağlıq Qarabağda keçirilən "seçkilər"i qeyri-qanuni hesab edir və qəbul etmir".

Türkiyəli deputat bildirib ki, Dağlıq Qarabağ problemi Cənubi Qafqazda sülh və stabilliyin işbirliyi və rifahın qarşısında duran ən ciddi əngəllərdən biri olmaqla yanaşı, qonşuluq münasibətləri və dövlətlərarası münasibətlərin normallaşmasına maneə törətməkdədir: "Türkiyə bu problemin Azərbaycanın siyasi birliyi, suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll edilməsi istiqamətindəki verdiyi dəstəyi davam etdirməkdədir. Təəssüflər olsun ki, zaman-zaman bəzi ölkələrin ikili standartlar tətbiq etdiyinin şahidi oluruq".

DİGƏR Xəbərlər Arxiv