YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qusarda Vətən müharibəsi şəhidinin ailəsi ziyarət olunub

Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının fəalları Vətən müharibəsi şəhidi Nurmətov Çoban Raziddin oğlunun ailəsini ziyarət ediblər.

Şəhidin həyat yoldaşını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edən partiya fəalları ailənin qayğı və problemləri ilə maraqlanıblar. Bildiriblər ki, adları Azərbaycan tarixinə qəhrəman kimi düşən şəhidlərimiz gənclərimiz üçün ən gözəl örnəkdir.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, şəhid Çoban Nurmətovun üç övladı Vətənə əmanət qalıb.