Xəbərlər
Milli Məclisdə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatı müzakirə ediləcək
Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi bəlli olub.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, martın 15-də keçiriləcək iclasın gündəliyinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatı barədə məsələ daxil edilib.