YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Naqif Həmzəyev: Prezidentin ətrafında sıx birləşməliyik ki, düşmən bir daha bizim torpaqlarımızın işğalı xülyasına düşməsin

“Aprel döyüşləri Azərbaycanın hərb tarixinə şanlı zəfər kimi yazılıb. Azərbaycan məhz Aprel döyüşləri zamanı yeni taktiki üsullardan istifadə edərək düşmənin alınmaz hesab olunan Ohanyan səddini keçə bilib və faktiki olaraq, düşməni çaşqınlığa salıb. Cəmi 4 gün ərzində düşmənə zərbə endirməyi bacaran Azərbaycan Ordusu Lələtəpə yüksəkliyini, Suqovuşan-Ağdərə istiqamətində olan yolları tam nəzarətə götürüb. Nəticədə, Azərbaycanın nəzarətə götürdüyü yollar Cocuq mərcanlı qəsəbəsinin salınmasına imkan verib”. Bunu açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Deputat bildirib ki, Azərbaycanın Aprel döyüşlərində əldə etdiyi zəfər nəticə etibarilə, 2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsinə zəmin yaratdı: “Bundan başqa, həmin uğurlarımız cəmiyyət arasında ruh yüksəkliyinə səbəb oldu, vətəndaşlar bir daha əmin oldular ki, münaqişə sülh yolu ilə həll olunmadığı təqdirdə hərb yolu ilə torpaqlarımızı işğaldan azad edəcək, erməni quldur dəstələrini ərazilərimizdən qovub çıxara biləcəyik. Bu gün Aprel döyüşlərindən artıq 6 il keçir. Biz həmin döyüşlər zamanı şəhidlər verdik, Allahdan şəhidlərə rəhmət, qazilərə isə şəfa diləyirik. Çox xoşbəxt xalqıq ki, torpaqlarımızı işğaldan azad edə bilmişik və güclü orduya sahibik. Əlbəttə ki, biz gücümüzə daim güc qatmalı, Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşməliyik ki, düşmən bir daha bizim torpaqlarımızın işğalı xülyasına düşməsin və Azərbaycan Ordusu təhlükəsizliyimizi və ərazi bütövlüyümüzü hər zaman qoruya bilsin”.