YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Abşeronda iməcilik keçirilib

Abşeron rayonunda şəhid ailələrinin, müharibə əlillərinin və Vətən müharibəsi qəhrəmanlarının yaşadığı yeni yaşayış kompleksində iməcilik və ağacəkmə kampaniyası keçirilib. İməcilikdə Abşeron Rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyev, Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak edib.

İməcilik zamanı kompleksin ətrafı məişət tullantılarından təmizlənib və texniki vasitələrlə ərazidən uzaqlaşdırılıb.

Ağacəkmə aksiyasında ümumi sayı 1400-ə yaxın gül kolu, 200-dən çox Eldar şamı, çinar və digər həmişəyaşıl ağacların əkilib. Əkilən ağaclara üzvi gübrə verilərək suvarılıb, ərazidə mini park-guşələrinin yaradılması təmin edilib.

RİH başçısı Abdin Fərzəliyev kompleksin sakinləri ilə görüşüb, yaşayış məntəqəsinin problemləri ilə maraqlanıb.

Tədbir iştirakçıları daha sonra Vətən müharibəsi şəhidi Ataşov Asif Kərim oğlunun doğum günü münasibətilə Xırdalandakı Şəhidlər xiyabanında məzarını ziyarət edib, ruhuna dualar oxuyub, onun döyüş yolundan, cəbhədə göstərdiyi şücaətlərdən söz açıblar.

Məktəblilər Vətənə, böyük Zəfərə, şəhidlərə həsr olunan şeirlər səsləndiriblər.

Ziyarətçilər şəhidin ailəsinə də baş çəkərək, onların qayğı və problemləri ilə maraqlanıblar.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Asif Ataşov 2020-ci il oktyabrın 1-də Tərtər rayonu Dəmirçilər kəndi istiqamətindəki döyüşlərdə qəhrəmancasına şəhid olub. Prezidentin müvafiq sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Ağdamın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.