YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Ağdam rayon təşkilatında ərazi partiya təşkilatı sədrlərinin iştirakı ilə tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatında ərazi partiya təşkilatı sədrlərinin iştirakı ilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab  İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə söylədiyi fikirlərdən irəli gələn məsələlər barədə yığcaq iştirakçılarına ətraflı məlumat verərək bildirdi ki, bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə milli maraqları əsas götürərək, xarici siyasətin prioritetlərinin ardıcıl surətdə həyata keçirilməsi nəticəsində əldə olunan uğurlar Azərbaycan xalqının parlaq qələbəsidir və Azərbaycanın dayanıqlı inkişafının mütəmadi xarakter daşıması insanların gələcəyə inamla və optimist baxmasına əsas yaradıb ki, bütün bu uğurlar Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin alternativsiz olduğunu göstərir.

O daha sonra YAP-ın VII Qurultayından irəli gələn vəzifə və tapşırıqların ərazi partiya təşkilatlarında icra vəziyyəti, həmçinin hesabat yığıncaqlarından sonrakı dövr ərzində görülən işlər və qarşıda duran vəzifələr barədə də tədbir iştirakçılarına ətraflı məlumat verib.

M.Quliyev YAP-ın Nizamnamə və Proqram tələblərinə uyğun olaraq partiyanın boy sıralarının artırılması, habelə ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasət kursunun öyrənilməsi və təbliği istiqamətində görüləcək işlər və qarşıda duran vəzifələr barədə tədbir iştirakçılarına geniş məlumat verib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.