YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Quba rayon təşkilatında iclas keçirilib

Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatında ərazi partiya təşkilatlarının sədr və müavinlərinin iştirakı ilə iclas keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova rayon təşkilatına yeni təyin olunan sədr müavini Elxan Məhərrəmovu iclas iştirakçılarına təqdim edib.

Sonra təşkilati məsələlərə baxılıb. Rayon təşkilatının sədri ərazi partiya təşkilatlarına tapşırıq və tövsiyələrini verib. Onları daha da fəal olmağa, rayon təşkilatının fəaliyyətində yaxından iştirak etməyə çağırıb.