YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Fətulla Siracovun ailəsi ziyarət olunub

Şabran rayonunda Vətən müharibəsi şəhidi Siracov Fətulla Qasım oğlunun doğum günündə xatirəsi anılıb.

Bu münasibətlə Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov, Şabran Rayon İcra Hakimiyyəti başçısının müavini İlkin Ağayev, Vətən müharibəsi istirakçıları və şəhid ailələri üzrə işin təşkili şöbəsinin müdiri Fuad Quliyev və partiya fəalları Gəndab kənd qəbiristanlığında şəhidin məzarını ziyarət edib, önünə tər güllər düzüb, xatirəsini ehtiramla anıblar.

Tədbir iştirakçıları şəhidin ailəsini də ziyarət edib, onların qayğı və problemləri ilə maraqlanıblar.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.