YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın iqtisadi göstəriciləri müsbət dinamika ilə davam edir

Eldar Əsədov

YAP Tərtər rayon təşkilatının sədri

Prezident İlham Əliyevin  apardığı məqsədyönlü siyasət ölkədə sabitliyin,  əmin-amanlığın qorunub saxlanılmasına, iqtisadi yüksəlişin təmin edilməsinə gətirib çıxarır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş  siyasi kursu  19 ildir uğurla davam etdirilir.

Prezident İlham Əliyev 2022-ci ilin 12 aprel tarixində  birinci rübün yekunlarına həsr olunan müşavirədə çox mühüm məsələlərdən bəhs etdi. Dövlət başçısı sosial-iqtisadi inkişaf, strateji diplomatiya siyasəti, regional təhlükəsizlik, postmüharibə dövrünün quruculuq prosesi, Böyük Qayıdış və digər məsələlər haqqında önəmli məqamlara toxundu. Əldə olunan nəticələrdən, nailiyyətlərdən, hədəflərdən danışdı. Cənab Prezident vurğuladı ki, cari ilin  birinci rübündə  ölkəmiz bütün sahələrdə uğurla inkişaf edib: “Biz bu üç ayın yekunlarını keçən il əldə edilmiş uğurların davamı kimi qiymətləndirməliyik. Birinci rübün yekunları, bu rəqəmlər faktiki olaraq heç bir şərhə ehtiyac qoymur. Ümumi daxili məhsul 6,8 faiz artıb. Qeyri-neft iqtisadiyyatımız 10 faizdən çox artıb. Sənaye istehsalı sahəsində artım təxminən 4 faizdir, ancaq qeyri-neft sənaye istehsalında 18 faizdən çoxdur. İqtisadiyyatın şaxələndirilməsi, neft-qaz sektorundan asılılığın azaldılması, həm ümumi daxili məhsuldakı payının, həm ixracdakı payının aşağı düşməsi – bütün bunlar reallıqlardır”. Buradan belə aydın  olur ki,  Azərbaycanın iqtisadi inkişafı  uğurla davam etdirilir.  Ölkəmizin iqtisadi qüdrəti, siyasi nüfuzu artır, beynəlxalq mövqeyi güclənir, tarixi Zəfərimiz diplomatik müstəvidə möhkəmləndirilir. Müşavirədə diqqətə çatdırılan  məsələlər, söylənilən  fikirlər  son bir ilin iqtisadi və siyasi mənzərəsini əks etdirdi.

Ölkəmiz  müharibədən çıxmasına və dünyanı cənginə alan koronavirus pandemiyasına baxmayaraq, inkişaf  dinamikasını qoruyub saxlaya bildi. Əhalinin rifahının yaxşılaşması üçün həyata keçirilən islahatların nəticəsində sosial tədbirlərin əhatə dairəsinin genişləndi. İqtisadi inkşafın  artması Azərbaycanın yeni uğurlar qazanmasına zəmin yaratdı.

Prezidentimiz cənab  İlham Əliyevin siyasi iradəsi əsasında bütün sahələri əhatə edən sistemli islahatların davam etdirilməsi Azərbaycanın gücünün daha da artmasına gətirib çıxartdı.

Müşavirədə yeni dönəmin, daha dəqiq desək, inkişafın yeni mərhələsinin anonsu verildi. Bu gün  ölkəmiz strateji hədəflərə çatmaq uğrunda inamla addımlayır. Ərazi bütövlüyünü təmin etmiş Azərbaycanın qarşısında parlaq perspektivlər açılıb. Xüsusilə də, dünyada yeni geosiyasi nizamın yarandığı şəraitdə İlham Əliyevin uğurlu diplomatiyası ölkəmizin regionda və beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirəcək. Azərbaycan dövləti qüdrətlidir,  güclüdür, çağırışlara hazırdır, yeni nailiyyətlər əldə etmək, qüdrətini daha da artırmaq iqtidarındadır.