YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid övladının doğum günü qeyd olunub

Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının fəalları İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksələn Namiq Bağırovun qızı Aylanın 3 yaşı münasibətilə Vətən qəhrəmanının ailəsini ziyarət ediblər.

Görüşdə Namiq Bağırovun keçdiyi qısa və mənalı həyat yolundan danışılıb, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəkləri bildirilib.

Şəhidin atası Nurəddin Bağırov bildirib ki, balaca Ayla övladının onlara əmanət etdiyi nişanədir.

Partiya fəalları şəhid ailəsinin qayğı və problemləri ilə də maraqlanıblar.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.