YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünya azərbaycanlılarının V qurultayının Şuşa şəhərində keçirilməsi çox mühüm əhəmiyyət kəsb edir

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri

Qafqaz coğrafiyasında Azərbaycanın sahib olduğu dəyərlərə sahib başqa bir ölkə yoxdur. Biz qurucu, yaradıcı, humanist xalqıq. İndi ölkəmiz öz tarixinin ən güclü, ən şərəfli dövrünü yaşayır. Bu gücün təməlində təkcə iqtisadi və hərbi qüdrətimiz deyil, həm də sıx birliyimiz dayanır.

Azərbaycan diasporu bu gün öz inkişafının birlik və həmrəyliyinin yeni, ən yüksək mərhələsini yaşayır. Dünya azərbaycanlılarının lV qurultayından ötən dövr ərzində xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, cəmiyyətə inteqrasiyası, hüquq və azadlıqlarının müdafiəsi, milli-mənəvi dəyərlərinin

qorunması, ictimai-siyasi fəallığının artırılması istiqamətində görülmüş işlər qənaətbəxşdir. Bu gün dünyanın müxtəlif ölkələrində ictimai etimad qazanmış minlərlə azərbaycanlı mədəniyyət xadimi, elm adamı, jurnalist yaşayır. Onların, demək olar ki, hamısı vətənpərvər ziyalılar, Azərbaycan uğrunda hər cür

fədakarlığa hazır olan insanlardır. Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, ölkəmizin və xalqımızın əleyhinə yönəlmiş təxribatlarının qarşısını vaxtında almaq bütün soydaşlarımızın əsas vəzifələrindən biridir. Bu sahədə işimizi gücləndirmək üçün əlavə tədbirlər görülməli, müasir informasiya texnologiyalarından və yeni metodlardan səmərəli istifadə olunmalıdır.

Məhz bu məqsədlə Dünya Azərbaycanlılarının V qurultayının Şuşa şəhərində keçirilməsi çox mühüm əhəmiyyət kəsb edir. Xüsusən 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərdə, Qarabağın işğaldan azad edilməsində milli birliyimizin və həmrəyliyimizin rolu danılmazdır. Çünki 44 günlük Vətən müharibəsində xalqımızın birliyini dünyanın hər yerində yaşayan bütün azərbaycanlılar qəlbində hiss edirdi. Bu inanılmaz gözəl bir duyğudur. Xaricdə yaşayan azərbaycanlıların qəlbində belə bir gücü hiss etməsi, məhz cənab İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir. Bu birlik davam etdiyi müddətdə dünyanın heç bir yerində, heç bir zaman bu millətin mənsubları əsla və əsla yalnız qalmayacaq. Balanslaşdırılmış xarici siyasət həyata keçirən Azərbaycan Respublikası bütün dövlətlərlə suverenliyə və ərazi bütövlüyünə hörmət, sərhədlərin toxunulmazlığı və daxili işlərə qarışmamaq kimi beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsipləri əsasında dost münasibətlərinin qurulması yönündə ardıcıl səy göstərir. Dünyanın bütün ölkələri ilə münasibətlərini məhz bu prinsiplər əsasında qurmuş

dövlətimiz beynəlxalq birliyin dərin etimadını qazanmağa müvəffəq olmuşdur.

Heç şübhəsiz ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan bu gün dünyanın ən sayılıb-seçilən, qüdrətli dövlətlərindən birinə çevrilib. Cənab İlham Əliyevin rəhbərliyi altında görülən möhtəşəm işlər dövlətimizin nurlu sabaha qovuşmasına, xalqımızın daha xoşbəxt və firavan yaşamasına xidmət edir. Dünyanın hər yerindən səsi gələn həmvətənlərimiz də öz növbəsində azərbaycançılıq amalı ətrafında daha sıx birləşməli, bütün qüvvə və bacarıqlarını ümummilli məqsəd naminə səfərbər etməlidirlər.