YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ziya Zakir Acar: Dünya Azərbaycanlılarının V Qurultayına dəvət olunmaqdan qürur və şərəf duyuram

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusunun Qarabağda qazandığı şanlı Qələbə tarixə qızıl hərflərlə yazılıb. Məhz bu Qələbə sayəsində Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçiriləcək Dünya Azərbaycanlılarının V Qurultayına dəvət olunmaqdan qürur və şərəf duyuram.

Bu fikirləri Türkiyədə fəaliyyət göstərən İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri və İğdır Azərbaycan Evinin rəhbəri, yazıçı-tədqiqatçı Ziya Zakir Acar ifadə edib.

Azərbaycana olan sevgi və məhəbbətini xoş sözlərlə ifadə edən tədqiqatçı Ziya Zakir əminliklə bildirib ki, Dünya Azərbaycanlılarının V Qurultayı Azərbaycan diasporunun qarşısında duran mühüm vəzifələri müəyyən edəcək.