YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı Cavid Osmanov şəhid ailələri ilə görüşüb

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavid Osmanov 3-4 may 2022-ci il tarixlərində Ağdaş rayonunun Şəkili kəndində Aprel döyüşləri şəhidi Cəbrayılov Ömər Məzahir oğlunun, Ağdaş şəhərində şəhid Fərhadov Cəlaləddin Elxan oğlunun, Ərəbocağı kəndində şəhidlər İdrisov Xəyal İbrahim oğlunun, Osmanov Məhəmməd Seymur oğlunun, Kərimli Nihad Teymur oğlunun, Orta Ləki kəndində şəhidlər İsrrəfilov Anar İsrəfil oğlunun və Vəliyev Azər Vəli oğlunun ailə üzvləri ilə görüşüb.

Keçirilən görüşlər zamanı 44 günlük Vətən müharibəsində minlərlə gəncin qəhrəmanlıqla döyüşdüyü, adları Vətən tarixinə qızıl hərflərlə yazılan şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyi, onların gələcək nəsillərə örnək olduğu vurğulanıb. Görüşlərdə şəhid ailələrini narahat edən məsələlər dinlənilmiş, edilən müraciətlər qarşılıqlı diskusiya şəraitində müzakirə olunaraq həlli yolları barədə fikir mübadiləsi aparılıb.

Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizin ailə üzvləri dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirmiş, ölkə Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.