YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Göygöldə bir qrup gənclə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının qərargahında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99 illiyi münasibətilə bir qrup gənclə görüş keçirilib.

Əvvəlcə müasir və müstəqil Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev ulu öndər Heydər Əliyevin həyat yolundan bəhs etmiş, müstəqil Azərbaycanın son 30 ildəki inkişafından, YAP-ın cəmiyyətdəki yeri və rolundan geniş və ətraflı söhbət açıb.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin misilsiz xidmətlərindən danışan V.İsayev gənclərə ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş silsilə tədbirlər barədə də məlumat verib.

Görüş zamanı gənclər partiya quruculuğu işi ilə yaxından tanış olmuş, partiya üzvlərinin qarşısında duran vəzifələrdən, YAP-ın ideya siyasi işinin qurulmasında və cəmiyyətin inkişafındakı rolundan danışılıb.