YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Samuxda ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş tədbir keçirilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı Samux Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının birgə təşkilatçılığı ilə tədbir keçirilib.

Tədbir iştirakçıları öncə Ulu Öndərin abidəsi önünə tər gül-çiçək dəstələri düzərək əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.

Rayonun Heydər Əliyev Mərkəzinin foyesində Ulu Öndərin həyat və fəaliyyətini, ölkənin sosial-iqtisadi, müdafiə qüdrətini əks etdirən rəsm sərgisi keçirilib.

Tədbirdə çıxış edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev Heydər Əliyevin həyat və fəaliyyətinin böyük bir məktəb olduğunu deyib. Bildirib ki, Ulu Öndərin müəyyənləşdirdiyi müdrik siyasi kurs bu gün də, gələcəkdə də dəyişməz olaraq qalacaq.

Sonra ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə YAP Samux rayon təşkilatının, rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə idman yarışlarında qalib gələn iştirakçılara fəxri fərman və hədiyyələr təqdim olunub.

Tədbir bayram konserti ilə davam edib.