YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Bu gün atamın, bu günü görmədən həyatdan getmiş yüz minlərlə insanın ruhu şaddır

Heydər Əliyev Azərbaycan xalqı qarşısında misilsiz xidmətlər göstərib. Xalqımız üçün ən çətin anlarda onun yanında olub, Azərbaycan xalqını böyük bəlalardan, faciələrdən xilas edib.

Bu fikirləri Prezident İlham Əliyev Şuşa şəhərində “Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinin açılışından sonra etdiyi müraciətində söyləyib.

Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin banisi və qurucusu olduğunu vurğulayan dövlətimizin başçısı deyib: “O, öz həyatını xalqa həsr etmişdir və onun ən böyük arzusu Qarabağı yenidən azad görmək, ərazi bütövlüyümüzü bərpa etmək idi. O, öz fəaliyyəti ilə dövlət quruculuğu, ordu quruculuğu sahələrində gördüyü işlər nəticəsində dövlətin əsasları yaradıldı və ölkəmiz inkişaf yoluna qədəm qoydu.

Əfsuslar olsun ki, atam bu günü görə bilmədi. Onun kimi yüz minlərlə azərbaycanlı bu günü görmədən həyatdan getdilər. Biz - onların davamçıları onların işini tamamladıq, atamın vəsiyyəti yerinə yetirildi. Bu gün atamın, bu günü görmədən həyatdan getmiş yüz minlərlə insanın, şəhidlərimizin ruhu şaddır. Biz onların ruhunu şad eləmişik”.