YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çexiyada Ümummilli Liderin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar tədbir keçirilib

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Azərbaycanın Çexiyadakı səfirliyində anım tədbiri keçirilib.

Anım mərasimində Çexiyada səfərdə olan Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov, ölkəmizin Çexiyadakı diaspor təşkilatlarının nümayəndələri, tələbələr və səfirliyin kollektivi iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə səfirlikdə Ulu Öndərlə bağlı yaradılmış guşənin önünə çiçəklər düzüb, Ümummilli Liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Tədbirdə çıxış edən Ellçin Əmirbəyov müasir dünya tarixində parlaq və silinməz iz qoymuş müdrik dövlət xadimi Heydər Əliyevin Azərbaycan tarixində müstəsna xidmətləri və mənalı həyat yolu barədə iştirakçılara ətraflı məlumat verib, onunla bağlı xatirələrini bölüşüb.

Məhz ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş siyasi kursu davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dünya dövlətləri arasında öz layiqli yerini tutduğu, böyük nüfuza, şaxələndirilmiş iqtisadiyyata və beynəlxalq arenada söz sahibi olan güc mərkəzinə çevrildiyi qeyd olunub.

Sonda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub, çay süfrəsi ətrafında fikir mübadiləsi aparılıb.