YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəmkirdə ulu öndər Heydər Əliyevin xatirəsi anılıb

Şəmkirdə ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə elmi-praktiki konfrans keçirilib.

Konfransda Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, hüquq-mühafizə orqanlarının, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev Heydər Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycanın zamanın çətin sınaqlarından şərəflə çıxmasından söhbət açıb. Bildirib ki, Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində ölkəmizin gələcək inkişaf strategiyasını müəyyən edərək onun həyata keçirilməsi üçün mühüm addımlar atıb.

YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev Azərbaycanın uğurlu inkişafının məhz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində təmin edildiyini söyləyib. Azərbaycan dövlətinin möhkəm təməllər üzərində qurulmasının nəticəsidir ki, müxtəlif vaxtlarda dünyada baş verən böhranlardan Azərbaycan uğurla çıxa bilib. Qeyd olunub ki, Ulu Öndərin həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycan dünya dövlətləri sırasında özünəməxsus layiqli yer tutub.

Sonda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan “Dahi Azərbaycanlı” adlı film nümayiş olunub.