YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Allahverdi Allahverdiyevin ailəsi ziyarət olunub

Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatı 21 nömrəli ərazi partiya təşkilatının fəalları və Şuşa rayon 11 nömrəli tam orta məktəbinin müəllim kollektivi şəhid Allahverdiyev Allahverdi Əli oğlunun ailəsini ziyarət ediblər.

Görüşdə şəhidimizin şərəfli həyat və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılğından bəhs edilib, şəhid ailəsinin qayğı və problemləri dinlənilib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.