YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qaradağda ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə tədbir keçirilib

Lökbatan Tibb Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə tədbir keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Lökbatan Tibb Mərkəzinin direktoru Elçin Hüseynov, 4 saylı Doğum Evinin baş həkimi Şəfəq Yusifova iştirak ediblər.

Tibb Mərkəzinin direktoru Elçin Hüseynov bildirib ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin mənalı həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinın ana xəttini azərbaycançılıq ideologiyası təşkil edir. Bildirib ki, Ümummilli Lider dövlətçiliyin ideoloji-siyasi əsaslarını yaratmaqla, xalqı əsl müstəqilliyə qovuşduraraq hafizələrdə əbədiyaşarlıq qazanıb.

4 saylı Doğum evinin baş həkimi Şəfəq Yusifova ulu öndər Heydər Əliyevin layiqli siyasi varisi Prezident İlham Əliyevin dühası və gərgin əməyi ilə bütün sahələrdə, o cümlədən səhiyyə sektorunda əldə olunan uğurlardan danışıb.

YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev bildirib ki, dəyərli və mənalı ömrünü Vətəninə həsr edərək, milləti qarşısında misilsiz xidmətlər göstərməklə Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış dünya siyasətinin parlaq siması ulu öndər Heydər Əliyev tarixdə və azərbaycanlıların qəlbində əbədi olaraq qalacaq, bu nəhəng tarixi şəxsiyyətin əziz və unudulmaz xatirəsi hər zaman böyük ehtiramla yad ediləcək.