YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Fərid Zaməddinov doğum günündə anılıb

Oğuz rayonunda şəhid Zaməddinov Fərid İmran oğlunun doğum günü münasibətilə anım mərasimi keçirilib. Şəhidlər xiyabanına gələn mərasim iştirakçıları öncə Vətən uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra ziyarətçilər şəhid Fərid Zaməddinovu və Xiyabandakı digər şəhidlərin məzarı ziyarət edib, önünə tər çiçəklər düzüblər. 

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov Vətən müharibəsindən, zabit, gizir və əsgərlərimizin qəhrəmanlıqlarından, azad Qarabağın dirçəlişindən söz açaraq tarixi Zəfərimizə təkrar nəzər salıb.

Ziyarət zamanı Xaçmaz kənd 2 saylı məktəbin və Şəhər 2 N-li məktəbin şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiyalar izlənilib, şagirdlərin ifasında şeirlər və mahnılar səslənib. 

Tədbirin sonunda xatirə şəkli çəkilib.

Qeyd edək ki, Fərid Zaməddinov 1986-cı il mayın 11-də Oğuz şəhərində dünyaya gəlib. Azərbaycan Silahlı Qüvvələrinin giziri Fərid Zaməddinov Vətən müharibəsi zamanı Talış kəndinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə, müharibənin bitməsinə bir neçə saat qalmış düşmən mərmisinə tuş gələrək şəhadətə qovuşub. Şəhidin Nəzrin, Nərmin və Aqşin adında adını yaşadacaq 3 övladı var. Fərid Zaməddinov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı və ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.