YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mədəniyyət və Turizm Nazirliyi “Xəzər dialoqu 2015” beynəlxalq iqtisadi forumunda təmsil olunacaq

Aprelin 15-də Moskva şəhərində Rusiya Federasiyası Ticarət –Sənaye Palatasının təşkilatçılığı ilə keçirilən “Xəzər dialoqu 2015” beynəlxalq iqtisadi forumunda Mədəniyyət və Turizm Nazirliyi də təmsil olunacaq.
Nazirlikdən bildirilib ki, forumun keçirilməsində məqsəd Xəzər regionunda dialoqun yaradılmasından ibarətdir. “Xəzər regionunda təhlükəsizlik və davamlı inkişaf” mövzusunda keçiriləcək tədbirdə müxtəlif sessiyaların təşkil olunması nəzərdə tutulub. Bu sessiyalar Xəzər regionunda neft, qaz və digər enerji sahələri ilə yanaşı, turizmin müxtəlif növləri, o cümlədən, sağlamlıq, tibbi, idman, ovçuluq və ekoloji turizm növləri üzrə də sessiyalar təşkil olunacaq.
O cümlədən, nümayəndə heyətimiz Xəzər dənizində turizm və istirahət sessiyasında iştirak edəcək və Azərbaycanın Xəzər sahili regionlarının turizm imkanları üzrə təqdimatla çıxış edəcəklər.