YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağstafada şəhid Adil Tatarovun xatirəsi anılıb

Şanlı hərb tariximizə Günnüt zəfəri kimi yazılmış əməliyyat zamanı şəhidlik zirvəsinə ucalmış Azərbaycan Ordusunun əsgəri Tatarov Adil Əli oğlunun doğulub boya-başa çatdığı Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində anım mərasimi keçirilib.

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ariz Qədiməliyev, Ağstafa Rayon Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, “Ağstafa Gənclər evi” Sosial Xidmət müəssisəsinin direktoru Nicat Vəkilov, şəhidin ailə üzvləri, partiya fəalları, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağstafa nümayəndəliyinin əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri şəhidin Qıraq Kəsəmən kənd qəbirstanlığında məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyub, əziz xatirəsini ehtiramla yad ediblər.

Adil ilə eyni məzarlıqda uyuyan Vətən müharibəsi şəhidlərinin də məzarları ziyarət olunub.

Daha sonra tədbir iştirakçıları şəhid Adil Tatarovun ailəsini ziyarət edib, onların qayğı və problemləri ilə maraqlanıblar.

Söhbət zamanı şəhidimizin keçdiyi şərəfli həyat və döyüş yolundan geniş bəhs edilib.

Şəhidin ailəsi göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.