YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avstraliyada “Erməni yalanlarına dur de!” yürüş-mitinqi keçirilib

Avstraliyadakı Azərbaycan və Türkiyə diasporlarının iştirakı ilə qondarma “erməni soyqırımı”nın “100 illiyi” ilə əlaqədar etiraz yürüş-mitinqi təşkil olunub.
Əllərində Azərbaycan və Türkiyə bayraqları olan yürüş iştirakçıları “Genosid yalanları”, “Onlar özləri ilə nifrət gətirdilər: Avstraliyada ilk siyasi terror 1980-cı ildə türk diplomatın öldürülməsi oldu”, “1970-1980-ci illərdə 40 türk diplomatını qətlə yetirdilər” kimi şüarlar səsləndiriblər. Avstraliya Türkiyə Alyansının təşkil etdiyi tədbirdə türklərlə bir sırada Azərbaycan-Avstraliya-Türk Dostluq Cəmiyyətinin prezidenti İmamətdin Qasımov, cəmiyyətin üzvləri və bu ölkədə təhsil alan tələblərimiz də iştirak ediblər.