YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Paytaxtımız yenidən beynəlxalq turizm filmləri festivalına ev sahibliyi edəcək

Bu ilin sentyabrında Bakıda III Bakı Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcək.

Bu barədə məlumat ölkəmizin üzv olduğu Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin (CIFFT) saytında yer alıb. Festivalda iştirak üçün avqustun 1-dək müraciət etmək mümkündür.
Festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirməkdir. Festival tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən biri olan Azərbaycanın turizm potensialına diqqət cəlb etməyi qarşısına məqsəd qoyub.