YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid mayor Rüfət Əsgərovun doğum günü qeyd olunub

İkinci Fəxri xiyabanda şəhid mayor Əsgərov Rüfət Mürvət oğlunun doğum günü ilə bağlı anım mərasimi keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Qubadlı rayon təşkilatının rəhbərliyi, Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Xətai, Sabunçu, Qubadlı rayon icra hakimiyyətlərinin məsul işçiləri, Müdafiə Nazirliyinin əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhidin ailə üzvləri və yaxınları, döyüş yoldaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.

Çıxış edənlər şəhidin şərəfli ömür və döyüş yolundan danışıblar.

Qubadlı RİH başçısı Malik İsaqov bildirib ki, 44 gün davam edən Vətən müharıbəsinin tarixi əhəmiyyətindən danışıb, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı Azərbaycan ordusunun şücaətindən bəhs edib, Rüfət və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığı söyləyib. Vurğulanıb ki, şəhidlərimizin əziz xatirəsi daim ehtiramla yad olunacaq.

Şəhidin atası Mürvət Əsgərov göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Qeyd edək ki, Qubadlı rayonunun Aşağı Mollu kəndindən olan mayor Rüfət Əsgərov Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələrinin 25-dən çox hərbçisini məhv edib, həmçinin üç postun Azərbaycan Ordusunun nəzarəti altına keçməsində fərqlənib. 2020-ci ilin oktyabrın 14-də Ağdərə şəhəri istiqamətində - Tərtər rayonunun Ballıca kəndi ərazisində qəhrəmancasına şəhid olub.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə mayor Rüfət Əsgərov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.