YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidin doğum günü qeyd olunub

Qaradağ rayonunda torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Mirzəliyev Kamal Əjdər oğlunun doğum günü qeyd olunub.

Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin deputatı Aydın Hüseynov, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Nadir Muradov, RİH başçısı Aparatının şöbə müdiri Həsrət Almasov, Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi Namizəd İsmayılov, Qaradağ rayon Sahil bələdiyyəsinin sədri Elmira Əliyeva, Bakı Gəmiqayırma Zavodunun nəqliyyat departamentinin rəisi Namiq Vəliyev, şəhid ailələri, müharibə veteranları Sahil qəsəbəsində şəhidin adına salınan ev muzeyində keçirilən anım tədbirində iştirak ediblər.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin deputatı Aydın Hüseynov və digərləri Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən danışıblar. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizi dərin ehtiramla yad edildiyi, onların əziz xatirələrinin daim uca tutulduğu diqqətə çatdırılıb.

Sonra məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.

Şəhidin valideynləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci-vitse prezident Mheriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Aprel döyüşlərinin də iştirakçısı olan şəhid Kamal Mirzəliyev ölümündən sonra “Vətən uğrunda “, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.