YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hədəf bəllidir

Elçin İsmayılov

Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının sədri

Azərbaycan İtaliyanı neftlə təchiz edən əsas ölkədir. İtaliya Azərbaycan Respublikasının müstəqilliyini 1 yanvar 1992-ci ildə tanımış, 8 may 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələr yaradılmışdır. 1997-ci ilin mart ayında İtaliya höküməti Cənubi Qafqaz ölkələri arasında ilk dəfə Azərbaycanda öz səfirliyini təsis etmişdir. 2003-cü ilin dekabr ayında Azərbaycan Respublikasının İtaliyada Səfirliyi təsis edilmişdir

Azərbaycan İtaliyanın önəmli ticarət və ixracat tərəfdaşıdır. 2021-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi pandemiyadan əvvəlki göstəriciləri təkrarlayıb. Ticarət dövriyyəsi cari ilin 8 ayında isə 2021-ci ilin göstəricisini də keçərək 11 milyard dollardan çox olub. İtaliyanın Cənubi Qafqazda belə dərin əməkdaşlıq etdiyi ikinci bir ölkə yoxdur. Belə ki, Azərbaycan İtaliyanın Cənubi Qafqaz ölkələri arasında ən iri ticarət tərəfdaşıdır. Bu bölgədə İtaliyanın apardığı ticarətin 90 faizdən çoxu Azərbaycanın payına düşür. İki ölkə arasında enerji sahəsində əməkdaşlıq hər gün daha da güclənir. Azərbaycan İtaliyanın neft təchizatında 1-ci, qaz təchizatında isə 3-cü yeri tutur. Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan TAP ikitərəfli enerji əməkdaşlığını və İtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirən vacib amildir. Trans-Adriatik təbii qaz boru kəməri hazırda İtaliyanın qaz tələbatının təxminən 10 faizini qarşılayır.

Azərbaycanın Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyi məsələsində rolu getdikcə artmaqdadır. Avropanın aparıcı ölkələri gələcəyə dair qurduqları strateji planlarına Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlıq münasibətlərini getdikcə daha çox daxil etməyə üstünlük verirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə avqustun 31-dən sentyabrın 2-dək davam edən Romaya işgüzar səfəri də bunu bir daha təsdiq edir.

Hədəf bəllidir: daha güclü Azərbaycan. Heç şübhəsiz, Azərbaycan yaxın gələcəkdə Prezident  İlham Əliyevin yürütdüyü siyasət nəticəsində dünyanın inkişaf etmiş ölkələri sırasında mühüm yer tutacaq.