YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ-da pakistanlı həmkarı ilə görüşüb

Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pakistanın xarici işlər naziri Bilaval Bhutto Zərdari ilə görüşüb.

Bu barədə nazir Ceyhun Bayramov rəsmi tviter hesabında yazıb.

“BMT Baş Assambleyası çərçivəsində qardaş Pakistanın xarici işlər naziri Bilaval Bhutto Zərdari ilə görüşməkdən çox şadam. Əminəm ki, ölkələrimiz arasında strateji əlaqələr və əməkdaşlıq bundan sonra da möhkəmlənəcək və dərinləşəcəkdir. Sarsılmaz və güclü dəstəyə görə təşəkkür edirik!”, - C.Bayramov qeyd edib.