YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Misirin xarici işlər naziri Ermənistanın eskalasiyası barədə məlumatlandırılıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Misirin xarici işlər naziri Sami Şükrü ilə görüşüb.

Bu barədə nazir Ceyhun Bayramov rəsmi tviter hesabında yazıb.

"Misirin xarici işlər naziri Sami Şükrü ilə görüşdük. Biz ikitərəfli münasibətlərin dərinləşdirilməsi perspektivlərini müzakirə etdik. Ermənistanın Azərbaycana 30 ilə yaxın təcavüzü, münaqişədən sonrakı vəziyyət, Ermənistanın eskalasiyası barədə məlumat verdim", - deyə nazir qeyd edib.