YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidin məzarı ziyarət olunub

Vətən müharibəsi şəhidi Şahvələdov İlyas Etibar oğlunun şəhadətinin ildönümü münasibətilə anım mərasimi qeyd olunub.

Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatının sədri İlqar İlyasov, Laçın Rayon İcra Hakimiyyətinin əməkdaşları, ictimaiyyət nümayəndələri və şəhidin ailə üzvləri Bərdədə Şəhidlər xiyabanınında şəhidin məzarını ziyarət edib, önünə tər güllər düzüb, ruhuna dualar oxuyublar.

Eyni zamanda, İlyasla eyni məzarlıqda uyuyan şəhidin əmisi Birinci Qarabağ müharibəsi şəhidi Şahvələdov İlyas Nəriman oğlunun, şəhid Qəribzadə Fəxri Elmir oğlunun və şəhid Ələkbərli Samir Şamil oğlunun da məzarları ziyarət edilib.

YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov şəhidin ailəsinə dərin hüznlə baş sağlığı verərək, Azərbaycan ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaətdən söz açıb.

İ.İlyasov bildirib ki, qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanması hər birimiz üçün qürurvericidir.

Sonda YAP Laçın rayon təşkilatı tərəfindən şəhidin atasına xatirə hədiyyəsi təqdim edilib.

Qeyd edək ki, şəhid İlyas Şahvələdov 2020-ci il oktyabrın 10-da Füzuli uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə yüksəlib. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.