YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev irsi xalqımızın milli sərvətidir

Bərdə şəhər 5 nömrəli tam orta məktəbdə Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatı “Ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi" mövzusunda növbəti tədbir keçirib.

“İdeoloji maarifləndirmə konsepsiyası” ilə bağlı YAP Bərdə rayon təşkilatının təbliğat qrupunun üzvü, məktəbin direktoru Teymur Həmidovun təşkilatçılığı ilə keçirilən tədbirdə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Teymur Həmidov bildirib ki, ümummilli lider Heydər Əliyev həyatını canından artıq sevdiyi xalqına, Vətəninə həsr etmiş müdrik dövlət xadimidir. Çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində Ulu Öndər əbədiyaşar dahiyə çevrilib. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini daim minnətdarlıq hissi ilə xatırlayır.

Tədbirdə YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya çıxış edərək ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından və əbədiyaşarlığından, bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirərək böyük zəfərlərə imza atmasından danışıb.

YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvləri - rayon icra hakimiyyətinin nümayəndəsi Şəmsiyyə Abbaszadə, şəhər 5 nömrəli tam orta məktəbin direktor müavini Zərifə Məmmədova, həmçinin Daxili Qoşunların zabiti Zülfüqar Quliyev də çıxışlarında ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında xidmətlərindən bəhs ediblər. Bildirilib ki, ölkədə qazanılan bütün nailiyyətlərin, qələbələrin əsasında ümummilli lider Heydər Əliyevin nurlu ideyaları dayanır. Bütün Azərbaycan xalqı bu ideyaları layiqincə yerinə yetirərək dövlətimizi dünyada nüfuz sahibinə çevirən Prezident İlham Əliyevin ətrafında sıx birləşib.

Sonda məktəbin şagirdləri ulu öndər Heydər Əliyevə həsr edilmiş kompozisiya nümayiş etdiriblər.