YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şərəfli həyat və döyüş yolu

Biləsuvar rayonunun Çaylı kəndində şəhid Qəniyev Cahid Şaiq oğlunun, Zəhmətabad kəndində şəhid Talıblı Asif Arif oğlunun və Əliabad kəndində isə şəhid Şahmarlı Elvin Malik oğlunun şəhadətlərinin ikinci ildönümləri qeyd olunub.

Anım mərasimlərində Yeni Azərbaycan Partiyasının (YAP) Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Azər Cəfərli, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidlərimizin əziz xatirəsi ehtiramla anıb, ruhlarına dualar oxunub. Çıxış edənlər Vətənin qəhrəman övladlarının şərəfli həyat və döyüş yollarından danışıblar.