YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əsrin bəlası qarşı...

Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatında “Ağ ölümə qarşı mübarizəyə sən də qoşul” devizi altında “Narkomaniya əsrin bəlasıdır” mövzusunda tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının ümummilli lideri, Yeni Azərbaycan Partiyasının qurucusu və memarı, ulu öndər Heydər Əliyevin və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev narkomaniya ilə mübarizənin sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdən olduğunu bildirib. Qeyd olunub ki, cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır. Azərbaycanda narkomaniyaya qarşı sistemli mübarizə aparıldığını diqqətə çatdıran YAP Masallı rayon təşkilatının sədri bu tədbirin də dövlətimizin başçısının təsdiq etdiyi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrasına uyğun olaraq keçirildiyini diqqətə çatdırıb.

Tədbirdə Çaxırlı ərazi partiya təşkilatının sədri Musa Qubadov, Masallı rayon Uşaq Gənclər İdman Şahmat məktəbinin direktoru Əlifağa Yaqubov və başqaları çıxış edərək narkomaniyanın fəsadlarından bəhs edib, bu bəla ilə mübarizənin əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, yeniyetmə və gənclərimizin təlim-tərbiyəsi, elm və təhsilə marağının artırılması da onların zərərli vərdişlərdən uzaqlaşmalarında vacib amildir.