YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidin xatirəsi əbədiləşdirilib

Xəzər rayonu Binə qəsəbəsində Vətən müharibəsi şəhidi Yusifzadə Ramil Adəm oğlunun xatirəsinə inşa olunan bulağın açılış mərasimi keçirilib.

Açılış mərasimində Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, ictimaiyyət nümayəndələri, din xadimləri, qazilər, şəhid ailələri iştirak ediblər.

44 günlük Vətən müharibəsində Ordumuzun qazandığı tarixi qələbədən söz açılıb, şəhidlərimizin xalqımızın qəlbində əbədi yaşayacağı bildirilib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.