YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlərin ruhuna ehtiram!

Vətən müharibəsi şəhidləri Tərtər rayonunun Evoğlu kənd sakini Əhmədzadə Mürşüd Müdahil oğlunun və leytenant Şahmar Nazim oğlu Səfərovun şəhadətlərinin ildönümü qeyd edilib.

Anım mərasimlərində Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, rayon təşkilatının sədr müavini Salman Əbdülov, şəhidlərin ailə üzvləri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Şəhidlərin məzarları ziyarət olununb, xatirələri ehtiramla anılıb.