Xəbərlər
Ceyhun Bayramov: Aİ Azərbaycanın ən böyük ticarət və investisiya tərəfdaşıdır
Avropa İttifaqı (Aİ) Azərbaycanın ən böyük ticarət və investisiya tərəfdaşıdır. Aİ ilə Azərbaycan arasında strateji əməkdaşlıq əlaqələri mövcuddur.
Bu barədə dekabrın 27-də xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.
Azərbaycanın Aİ ilə nəqliyyat-logistika və enerji sahəsində əməkdaşlığının artmaqda olduğunu vurğulayan Ceyhun Bayramov deyib: “Eyni zamanda, hərtərəfli münasibətləri tənzimləyən Aİ ilə Azərbaycan arasında əməkdaşlıq müqaviləsi üzərində də iş davam edir. Sazişin hazırlıq səviyyəsi kifayət qədər yüksəkdir. Mövcud olan əməkdaşlığın səviyyəsindən məmnunuq”.