YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Əli Nağıyevin doğum günü qeyd edilib

Vətən müharibəsində Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan və döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Prezident İlham Əliyev tərəfindən ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş Nağıyev Əli Mehman oğlunun doğum günü qeyd edilib.

YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, təşkilat əməkdaşları, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov, RİH başçısının müavinləri, Dövlət Təhlükəsizliyi Xidmətinin Səbail Rayon İdarəsinin rəisi Tuncay Məmmədov, rayon ictimaiyyətinin nümayəndələri Bayıl yaşayış massivi, Neftçi Qurban küçəsi 40 ünvanında şəhidin xatirə lövhəsinin önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla anıblar.

Mərasimdə çıxış edən RİH başçısı Vüqar Zeynalov şəhidlərimizin əziz xatirələrinin hər birimiz üçün müqəddəs olduğunu bildirərək, şəhid ailələrinin, döyüşlərdə iştirak etmiş hərbçilərin və qazilərin Azərbaycan dövlətinin hər zaman xüsusi diqqət və qayğısı ilə əhatələndiklərini, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və göstərişləri ilə bu kateqoriyadan olan insanların sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlərin bunun bariz nümunəsi olduğunu qeyd edib.

Şəhid Əli Nağıyevin ailə üzvləri şəhid ailələrinin, qazilərimizin, hərbçilərimizin dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman diqqət və yüksək qayğısı ilə əhatələndiklərini, aparılan islahatlara və yüksəksəviyyəli işlərə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.