YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nazir: Dörd-beş il ərzində orta əməkhaqqı təxminən 40 faiz artıb

2022-ci ildə Azərbaycanda əmək müqavilələrinin sayı 62 min artıb. Həmin artımın 59 mini özəl sektorun hesabına olub. Özəl sektor getdikcə daha genişlənir, daha şəffaflaşır və əmək müqavilələrinin sayı bu sektorda artır. Özəl sektorda həmin rəqəm təqribən 850 minə çatıb. 2018-ci ildə isə əmək müqavilələrinin sayı 400-450 min ətrafında idi. Yəni təqribən 2 dəfə artım qeydə alınıb.

Bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

“Dörd-beş il ərzində orta əməkhaqqı isə təxminən 40 faiz artıb. Keçən il ölkə üzrə əməkhaqqı fondunda 21 faiz artım müşahidə olunub. Ümumilikdə isə son dörd-beş il ərzində bu sahədə artım 2.5 dəfədən çoxdur. Median əməkhaqqı son dörd il ərzində 2.5 dəfə artıb. Bu, onu göstərir ki, həm əmək bazarımız stabilləşir, inkişaf edir, məşğulluq proqramlarımız genişlənir. Bu il ən azı 10 min işsizə peşə hazırlığı kursu keçərək işə düzəltməyi planlaşdırırıq. Özəl sektorla müzakirə edib yeni ixtisaslar da açmışıq. Nazirliyin fəaliyyətində ana xətt aktivlərlə bağlı tədbirlərdir. İstəyirik ki, vətəndaşlara imkan yaradaq ki, onlar məşğul olsun və öz gəlirlərini qazansınlar”.