YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Gədəbəy rayon təşkilatının təsis edilməsinin 30 illiyi qeyd olunub

Gədəbəy rayon Aşıq məktəbində Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatının təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin rayon mərkəzindəki abidəsi ziyarət olunub.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Yeni Azərbaycan Partiyasının 30 illik fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev rayon təşkilatının 30 il ərzində keçdiyi yola nəzər salıb. Bildirib ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Vurğulayıb ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Yeni Azərbaycan Partiyasının həyatında yeni mərhələnin əsasını qoydu. Partiyanın yaranmasının, eyni zamanda gənc dövlətimizin gələcək taleyi üçün dönüş nöqtəsi olduğunu söyləyən R.Nağıyev qeyd edib ki, ümummilli lider Heydər Əliyevin zəngin irsi əsasında və Prezident, partiyamızın Sədri İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qüdrəti, beynəlxalq nüfuzu daha da artacaq.

Tədbirdə çıxış edən Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Natiq Nağıyev partiyanın təsis olunduğu dövrün tarixi şəraiti, o zaman baş verən ictimai-siyasi hadisə və proseslər barədə ətraflı məlumat verib. Bildirib ki, ulu öndər Heydər Əliyevin ideyaları bu gün də yaşayır. Azərbaycan Prezidenti, Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən bu ölməz amallar sədaqətlə, cəsarətlə daha müvəffəqiyyətlə həyata keçirilir. Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun milli maraqların ifadəçisi olmasıdır.

Ərazi partiya təşkilatının sədri Namiq Rüstəmov, Gədəbəy rayon Ağsaqqallar Şurasının sədri Kərəm Məmmədov, YAP Gədəbəy rayon təşkilatının fəal gənci Şahzadə Qəhrəmanlı bildiriblər ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən siyasi səhnədə dövlətçilik mövqeyindən çıxış edərək xalqın mənafeyini hər şeydən üstün tutduğunu bəyan edib və qısa zaman kəsiyində ümumxalq rəğbətini qazanıb. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atmaqdadır.

Sonra rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya veteranı və fəalına fəxri fərman təqdim olunub.

Tədbir konsert proqramı ilə davam edib.