YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Uzunmüddətli enerji tərəfdaşlığının əsasları qoyuldu

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Azərbaycanın enerji sektorunda qazandığı uğurların xronologiyasına diqqət yetirdikdə gündəmə gətirdiyi hər bir layihəni uğurlu sonluqla başa çatdırdığını və Avropanın eneji təlükəsizliyinə davamlı töhfələr verdiyini böyük əminliklə qeyd edirik.  Dövlət başçısı İlham Əliyev daim bildirir ki, əgər əvvəlki dövrlərdə dediyim məsələlər öz həllini tapmasaydı, bu gün Cənub Qaz Dəhlizindən söhbət belə gedə bilməzdi.

İki il öncə, 2020-ci ilin sonunda Cənub Qaz Dəhlizi layihəsi tam tərkibdə istifadəyə verildi. Fevralın 3-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı mərasimində bir daha keçilən yola nəzər salındı, nazirlərin VIII toplantısından ötən dövr ərzində bu sahədə əldə olunan uğurlar, imzalanan sənədlər təhlil edildi və hədəflər, gələcək planlar açıqlandı. Bütün çıxışlarda hədəflərə nail olmaq üçün imkanların mövcudluğu əsaslı şəkildə diqqətə çatdırıldı. Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simson çıxışında bildirdi ki, Avropa İttifaqı, Azərbaycan və tərəfdaş ölkələr enerji təhlükəsizliyinin və bazarda sabitliyin təmin edilməsində birgə çalışırlar. Həmçinin uzunmüddətli dayanıqlı enerji tərəfdaşlığının əsaslarını qoyuruq. Bu tərəfdaşlıq bərpaolunan enerjiyə və enerji sistemlərimizin daha sıx bir-birinə bağlı olmasına söykənir. Avropa İttifaqı və Azərbaycan artıq çox yaxşı əməkdaşlıq edirlər. Enerji sahəsində strateji tərəfdaşlığa dair yeni Anlaşma Memorandumu Cənub Qaz Dəhlizinin rolunu həm Avropa İttifaqı, həm Azərbaycan üçün gücləndirdi və onun genişlənməsinin dəstəklənməsi məqsədilə ümumi qətiyyətimizi nümayiş etdirdi. Rəqəmlər göz qarşısındadır. Cənub Qaz Dəhlizi boru kəməri ilə Avropa İttifaqına qaz təchizatı 2021-ci ildə 8,1 milyard kubmetrdən 2022-ci ildə 11,4 milyard kubmetrə çatmışdır. Bu artım Avropa İttifaqına qaz təchizatının şaxələndirilməsinə, onun təhlükəsizliyi və sabitliyinə böyük töhfə verərək mühüm rol oynamışdır.

Bir daha vurğuladı ki, Azərbaycan Avropa İttifaqına bərpaolunan enerji və hidrogenin ixracatçısına çevrilmək potensialına malikdir. Dövlət başçısı İlham Əliyev ölkəmizin bu sahədə mövcud potensialını rəqəmlər əsasında tədbir iştirakçılarının diqqətinə çatdırdı. Yalnız dənizdə külək enerjisinin potensialı 157,  quruda külək və günəş enerjisinin potensialı 27 qiqavatdır. Vətən müharibəsi zamanı azad etdiyimiz torpaqlarda 10 qiqavata yaxındır. Həmçinin Naxçıvan Muxtar Respublikasında böyük bərpaolunan enerji potensialı müəyyən edilib.  Hazırda 500 meqavatlıq günəş elektrik stansiyasının tikintisinin mümkünlüyü ilə bağlı danışıqlar aparılır. Dövlət başçısı İlham Əliyev bu çağırışı etdi ki, biz, həmçinin təbii qaz və bərpaolunan enerji imkanları arasında səmərəliliyin artırılmasına əsaslanan qarşılıqlı əlaqə yaratmalı və bunu vahid paket çərçivəsində etməliyik. Güclü siyasi iradəmiz və fəaliyyətimizin uğurlu tarixçəsi var. Müxtəlif formatlarda və ölkələrlə birgə həyata keçirdiyimiz bütün layihələr – istər Bakı-Tbilisi-Ceyhan neft, istər Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, istərsə də Cənub Qaz Dəhlizi uğurlu olmuşdur. Cənab İlham Əliyev bu əminliyi ifadə etdi ki, Avropa qitəsində həm təbii qaz, həm də bərpaolunan enerji istehsalı ilə bağlı gələcək planlarımız uğurlu olacaq. Bunun üçün işimizi komanda şəklində davam etdirməli, bir-birimizi davamlı surətdə dəstəkləməliyik. Gələn ilin fevralında Bakıda baş tutacaq növbəti görüşümüzdə biz yeni nailiyyətlərimiz barədə danışacağıq.

Gələcək əməkdaşlıq bağlı əminliklər fevralın 2-də ölkəmizdə səfərdə olan Rumıniya Prezidenti Klaus Yohannisin keçirdiyi görüşlərdə, mətbuata bəyanatında da ifadə edildi. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında rolunu yüksək dəyərləndirən Rumıniya Prezidenti bildirdi ki, Azərbaycan Cənubi Qafqaz bölgəsində ilk ölkədir ki, Rumıniya onunla əməkdaşlığını strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb. Bu, 2009-cu ilə təsadüf edir. Bununla yanaşı, bizim ölkəmiz Avropa İttifaqının ilk üzvüdür ki, Azərbaycanla strateji tərəfdaşlıq haqqında belə bir sənəd imzalayıb.

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadəsi həm iqtisadi imkanlarını genişləndirir, həm də beynəlxalq aləmdə rolunu artırır. Azərbaycan təşəbbüsləri reallığa çevirən ölkə imicinə daim yeni əlavələr edir.