YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətəndaş cəmiyyətinin mövqeyinə hörmətlə yanaşılmalıdır!

Tacikistanın “Fərəc” həftəlik nəşrində “Ekofəallar Laçın-Xankəndi yolunda aksiyanı davam etdirirlər” sərlövhəli məqalə dərc olunub.

Məqalədə Azərbaycanın gənc könüllü və ekoloqlarının Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarında qeyri-qanuni istismarı dayandırmaq, eləcə də “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsi tələbi ilə çıxış etmələri qeyd olunur.

Məqalədə deyilir ki, fəallar əllərində plakatlar tutaraq, rus və ingilis dillərində “Ehtiyatlarımızın talanmasına son!”, “Təbiəti qoruyaq, istismarı pisləyək!”, “Azərbaycan xalqı öz sərvətini qoruyacaq!”, “Azərbaycan oyaqdır, öz ehtiyatlarının keşiyindədir!”, “Ekosidə son!” kimi şüarlar səsləndirirlər.

Vurğulanır ki, etirazçıların sözlərinə görə, onların tələbləri Azərbaycan ictimaiyyətinin haqlı narazılığını əks etdirir, vətəndaş cəmiyyətinin mövqeyinə isə hörmətlə yanaşılmalıdır.

Materialda aksiyanın keçirildiyi ərazinin humanitar məqsədlər üçün açıq olduğu və nəqliyyatın sərbəst hərəkətinə heç bir maneənin törədilməməsi barədə ətraflı danışılır. “Hər gün rusiyalı sülhməramlıların və beynəlxalq təşkilatların 60-a yaxın avtomobili Xankəndi-Laçın yolu ilə sərbəst olaraq keçir. Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar təyinatlı avtomobillərin hərəkətinə maneə törətmirlər”, - deyə məqalədə qeyd olunur.