YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Başqa nümunə yoxdur

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

Müasir dünyada möhkəm təməllər üzərində qurulmuş qardaşlıq əlaqələrinə malik ölkələrə rast gəlmək çox çətin məsələdir. Ola bilər ki, müxtəlif ölkələr arasında müəyyən səviyyədə qarşılıqlı dostluq əlaqələri var. Amma Azərbaycan və Türkiyə qardaşlığı qədər sınaqlardan alnıaçıq çıxmış başqa nümunə sayıla biləcək dövlətlər yoxdur. Bunun üçün çox uzağa getməyə ehtiyac yoxdur. 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı qardaş Türkiyənin Azərbaycana olan dəstəyinin əyani şəkildə şahidi oldu. Azərbaycan əvvəlki illərdə Türkiyədə baş vermiş zəlzələlərdə qardaş əlini uzadan ilk dövlət olmuşdur. Yəni tarixdə Azərbaycan və Türkiyənin olduğu bütün proseslər hər iki dövlətin bir-birinə olan qardaşlıq dəstəyi ilə müşahidə olunub.

Bu gün də Azərbaycan bütövlükdə Türkiyədə baş vermiş zəlzələnin ağır fəsadlarının qısa zaman ərzində aradan qaldırılmasına səfərbər olunub. Cəmiyyətimiz zəlzələ nəticəsində onminlərlə insanın həlak olmasını böyük sarsıntı ilə qarşılamış və kədərlənmişdir.

Dövlətimiz başda olmaqla, ictimai təşkilatlar, özəl sektor, vətəndaşlarımız hər kəs zəlzələnin baş verdiyi ilk gündən qardaş Türkiyəyə yardıma yetişib. Zəlzələnin ilk saatlarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana həm siyasi həm də mənəvi dəstəyi verən məhz cənab Prezident İlham Əliyev olmuşdur. Azərbaycan tərəfindən Türkiyəyə dərhal xilasedici qruplar, humanitar yardım göndərilmiş və bu prosesdə hal-hazırda da davam etdirilir. Zəlzələ baş verən andan maddi vəziyyətindən asılı olmayaraq bütün vətəndaşlarımız yardım toplama məntəqələrinə gedərək öz imkanları daxilində zəlzələdən əziyyət çəkmiş şəxslərə geyim, qida və digər lazımı vasitələr göndərməyə başladılar. Bu isə Azərbaycan və Türkiyə qardaşlığının ümumxalq səviyyəsində təzahürüdür.

Türkiyə güclü dövlətdir və əminik ki, qısa müddət ərzində zəlzələ baş vermiş ərazilərdə həyat yenidən öz axarına dönəcək, dağılmış şəhərlər yenidən qurulucaq. Azərbaycan bu prosesdə daim qardaş Türkiyənin yanında olacaq.