YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Növbəti zəfərə doğru...

Sədaqət Vəliyeva

Milli Məclisin deputatı

Azərbaycan ərazisində faydalı yataqların qanunsuz istismarının dayandırılması, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsi tələbləri əsasında, Xankəndi-Laçın yolunda  keçirilən dinc etiraz aksiyası artıq 65 gündür ki davam edir.

Könüllülərin yüksək coşqusu ilə müşayət olunan aksiyanın şaxtalı hava şəraitində 65 gün davam etməsi xalqımızın yüksək vətənpərvərliyinin və dönməz iradəsinin dünyaya növbəti sübutudur. Dinc aksiyanın keçirildiyi 65 gün ərzində heç bir neqativ hal və insident qeydə alınmamış, bütün təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunmuşdur. Eyni zamanda aksiya iştirakçılarının toplaşdığı ərazidən keçən yolda nəqliyyatın sərbəst hərəkətinə heç bir maneə yoxdur və yol humanitar məqsədlər üçün təmamilə açıqdır. Bütün bu faktlar bir daha sübut edir ki, Azərbaycanın haqlı tələbləri əsasında keçirilən dinc etiraz aksiyası humanitar məqsədlərə xidmət edir.     

Xankəndi-Laçın yolunda keçirilən dinc etiraz aksiyası, Azərbaycanın haqlı tələblərinin yerinə yetiriləcəyinə və həmin ərazilərimizdə qanunlarımız işləyənə qədər davam edəcək. Əminik ki, aksiya bütün tələblərimizin yerinə yetirilməsi ilə sonlanacaq və xalqımıza növbəti zəfər yaşadacaq.