YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Asılılıq aradan qaldırılıb, təhlükəsizlik təmin edilib

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri 

Dünyada təbii ehtiyatların tükənməyə başlanması alternativ enerji növlərinə tələbatı artırmışdır. Külək, günəş və suyun mövcudluğu hava şəraitindən asılı olsa belə, onlar bərpa olunan enerji mənbələri hesab edilir. Nəticədə, onları gələcəyin enerjisi adlandırmaq daha düzgün olar. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, 2040-cı ilə qədər dünya elektrik enerjisinə tələbat 70% artacaq. Çünki Külək, günəş və su  kimi təmiz enerji mənbələrinə keçid həm də havanın çirklənməsinə və sağlamlığın qorunmasına kömək edəcək. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada insanların təxminən 99 faizi onların sağlamlıqlarını təhdid edən hava ilə nəfəs alır. Hər il dünyada 13 milyondan çox insanın ölümünə ekoloji səbəblər, o cümlədən  çirkli hava səbəb olur. Elə ona görə də Azərbaycanın uzunmüddətli, dayanıqlı, ucuz və ekoloji cəhətdən təmiz bərpaolunan enerjinin istehsalı üçün mühüm layihələr həyata keçirir. Bu mənada “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasiminin keçirilməsi ələmatdar bir hadisə kimi dəyərləndirilməlidir. 2025-ci ildə Mingəçevir şəhərində açılışı gözlənilən bu  elektrik stansiyası ölkəmizin böyük enerji daşıyıcısı olan dövlətə çevrilməsi üçün də yeni imkanlar yaradacaqdır.

Prezident İlham Əliyev də “Gülüstan” sarayında 1280 MVt gücündəki İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxışı zamanı qeyd edib ki, bu, çox əlamətdar hadisədir. “Ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək, eyni zamanda, Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmini daha da artıracaq. Onsuz da Mingəçevir hazırda elektroenergetika sahəsində bizim əsas şəhərimizdir. Mingəçevirdə fəaliyyət göstərən elektrik stansiyası bu gün ölkəmizin elektrik enerjisinə ehtiyacının böyük hissəsini ödəyir.”

Bəli, Azərbaycan dünyada böyük enerji ölkəsi kimi qəbul olunur. Enerji təhlükəsizliyi tam təmin etmiş Azərbaycan digər ölkələrdən enerji asılılığı aradan qaldırılıb və artıq özü elektrik enerjisi ixrac edən ölkə olaraq elektroenergetika sektorunda böyük nailiyyətlər əldə edib.

Göründüyü kimi, Azərbaycanın enerji layihələri həm də Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfələr verir.