YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfərlərə imza atacağıq

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Tarixə nəzər salanda Azərbaycanla Türkiyənin dostluq və qardaşlıq münasibətlərinin qədim dövrlərə təsədüf etdiyinin şahidi olarıq.

Türkiyədə baş verən güclü zəlzələ və çoxsaylı insan tələfatı xəbəri Azərbaycanda hər kəsi sarsıtdı.

Fevralın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilk olaraq qardaş Türkiyəyə başsağlığı verib və belə çətin bir dönəmdə Azərbaycanın qardaş ölkəyə hər çür dəstək olduğunu bildirmişdir. Ölkə Prezidenti İlham Əliyev Türkiyə səfirliyinə səfəri zamanı bildirmişdir ki, “Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, bizim aramızda təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur”

Qeyd edək ki, elə ilk günlərdən külli miqdarda humanitar yardım toplanmışdı. Prezident İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər. Ölkə Prezidenti İlham Əliyevin müvafiq tapşırıq və göstərişlərinə əsasən faciənin ilk günündə FHN-in 420 nəfərdən ibarət xilasedici heyəti qardaş ölkəyə göndərilərək Türkiyədən olan həmkarları ilə birlikdə dərhal fəaliyyətə başlamışlar və bu gün 700 nəfərdən artıq şəxsi heyəti zəlzələ rayonunda durmadan çalışır. Eyni zamanda xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına uyğun olaraq, Türkiyədəki zəlzələ bölgəsinə 36 ton humanitar yardım göndərilib. Humanitar yardıma müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, çadırlar daxildir.

Türkiyə-Azərbaycan münasibətləri daha artıq dəyərlərə sahibdir. Azərbaycan Türkiyə dostluğu və qardaşlığı bundan sonrada əbədi olaraq yaşayacaq və yeni yeni birgə uğurlara, zəfərlərə imza atacaqdır.

Belə çətin bir zamanda iki dost, qardaş ölkənin biri birinə dəstək olması qardaşlığımızın bariz nümunəsidir  və dünyaya nümunə, örnək olan bu qardaşlıq əbədidir, sarsılmazdır.