YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan dünyaya nümunə göstərdi

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Ordu quruculuğu sahəsində Ulu Öndərin strateji siyasətini uğurla həyata keçirən Prezident İlham Əliyevin Fərman və Sərəncamları ilə ölkədə müasir hərbi sənaye kompleksinin yaradılması, Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi prosesi uğurla həyata keçirilir.

2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızın azadlığı uğrunda başlatdığı əks-hücum əməliyyatları nəticəsində düşmən üzərində qələbə qazanıldı. Beləliklə, 44 gün davam edən İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə Vətən müharibəsi adı ilə yazıldı. Döyüş tapşırıqlarını və xidməti vəzifələrini ləyaqətlə yerinə yetirən Azərbaycan əsgərinin döyüş meydanında göstərdiyi cəsarət, fədakarlıq, habelə təşəbbüskar və qətiyyəti sayəsində işğal altında torpaqlarımız azad olundu və Azərbaycanın ərazi bütövlüyü təmin edildi.

İkinci Qarabağ mü­haribəsindən sonra Azərbaycan işğal olunmuş torpaqlarının xeyli hissəsini düşmən tapdağından təmizləsə də, əra­zilərinin qalan hissəsini məhz siyasi yol­larla – Moskva, Bakı və İrəvanın imza­ladığı üçtərəfli Bəyanatın müddəalarına əsasən azad edilməsinə razılaşmışdı. Ancaq düşmən öz iyrənc məqsədlərin­dən əl çəkməyərək, üçtərəfli Bəyanata məhəl qoymadı və Qarabağda daha da güclənmək istiqamətində atdığı qey­ri-qanunu addımlarını davam etdirdi. 

Odur ki, Azərbaycanın öz ərazisində – Qarabağ iqtisadi rayonunda antiter­ror əməliyyatları aparması beynəlxalq hüququn norma və prinsiplərinə, ölkə Konstitusiyasına və üçtərəfli Bəyana­tın müddəalarına tam uyğun idi. 

Antiterror əməliyyatları zamanı ordumuzun yalnız hərbi infrastrukturu hədəf alması, mülki obyekt və insanlara heç bir zərər vurmaması bütün dünya üçün nümunədir: “44 günlük Vətən müharibəsində olduğu kimi sentyabrın 19-dan başlayan antiterror tədbirləri çərçivəsində də Azərbaycan Ordusu çox böyük peşəkarlıq, eyni zamanda hərbi mədəniyyət nümunəsi sərgilədi.

Müzəffər Ali Baş Komandan tərəfindən bütün hərbi birləşmələrimizə bir daha ciddi tapşırıq verilmişdir ki, “aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır. Biz həm yüksək dəqiqliyə malik olan silahlardan istifadə edərək buna nail olduq, eyni zamanda, Silahlı Qüvvələrimizin peşəkarlığı nəticəsində mülki vətəndaşlar tamamilə özlərini sığortalanmış vəziyyətdə hiss etmişlər. Eyni zamanda, göstəriş verilmişdir ki, mülki infrastruktura da heç bir zərbə dəyməməlidir, ancaq hərbi infrastruktur sıradan çıxarılmalıdır. Ordumuzun peşəkarlığı, texniki imkanları bizə bu vəzifəni şərəflə yerinə yetirməyə şərait yaratdı".

Yaxın tarixdə Birşmiş Millətlər Təşkilatının apardığı əməliyyatları belə mülki əhali arasında itkilər olduğu məlumdur. Lakin Azərbaycan Ordusunun əməliyyatları zamanı mülki əhali demək olar ki, zərər görmədi. Azərbaycan bu məsələdə də dünyaya nümunə göstərdi. Və bir daha sülhpərvər, humanist dövlət olduğunu nümayiş etdirdi.