YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan hər zaman məsuliyyətli mövqe sərgiləyib

İlqar İlyasov

YAP Laçın rayon təşkilatının sədri

30 il beynəlxalq təşkilatlar, supergüclər Azərbaycanın 20 faiz ərazisinin düşmən tapdagında, işgal altında qalmasına göz yumdular. Erməni vandalizmi dünyanın az qala yarı qütbü tərəfindən gizli və aşkar dəstəklənirdi. BMT-nin Baş Assambleyasının qətnamələri kagız üzərində qalmış, tozlanmış, yarasız hala düşmüşdü. Sanki bir millətin, xalqın taleyi bu qüvvələr üçün oyuncaga çevrilmişdi. ABŞ, Rusiya, Fransa ATƏT-in həmsədrləri titulu qazanıb illər boyu haqsızlıga, ədalətsizliyə, riyakarlıga xidmət etdilər. Nəhayət 44 günlük Vətən müharibəsində Azərbaycan əsgəri haqq-ədaləti bərqərar etdi. Düşmənin başı əzildi. Ermənipərəst qüvvələr gördülər ki, Azərbaycanın iradəsi qarşısında acizdirlər. Rəşadətli Azərbaycan Ordusu düşmənin başını əzdi. Mənfur düşməni qovub torpaqlarımızdan çıxardı. Ədalət zəfər çaldı. Baglanmış kaputiliyasiya aktının bəzi müddəalarına zaman keçdikcə əməl etməyən erməni silahlı birləşmələri ordumuzun 2023-cü il sentyabr ayının 19-da keçirdiyi lokal antiterror əməliyyatından sarsıldı. Müzəffər Ali Baş Komandan xalqa müraciət edərək dedi ki, antiterror tədbirləri nəticəsində bizim hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərmişlər. Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər. Ermənistan son illər bütün cəbhələrdə məglubiyyətə ugrayır.

Prezident İlham Əliyev düşmənin məglubiyyətinin təfərrüatlarını açıqlayaraq bir çox məqamlara aydınlıq gətirdi. Ermənistanın şəksiz məğlubiyyətinin müxtəlif səbəbləri vardır. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edilmişdir. Hərbi texnika məhv edilmişdir və sıradan çıxarılmışdır. Azərbaycan isə ədalətli müharibə aparır. Azərbaycan hər zaman məsuliyyətli mövqe sərgiləyib. Əməliyyat başlamazdan əvvəl bütün hərbi birləşmələrimizə ciddi tapşırıq verilmişdir ki, aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır. Antiterror əməliyyatları düşmənin belini qırdı, ermənipərəst qüvvələrin isə fantastik ümidlərini puç etdi.